USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2018-ci ildə birinci nömrəsi çap olunub

04.06.2018 İqtisadiyyat
0 0
“ Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2018-ci il üzrə birinci nömrəsi çapdan çıxıb. Jurnalın birinci nömrəsi cari ilin yanvar-mart aylarını əhatə edir.

"Kommersant" xəbər verir ki, jurnalın ilk səhifəsində Prezident İlham Əliyevin "Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır" sözləri yer alıb.

Nəşrin "İctimai-siyasi tədbirlər", "Rəsmi tədbirlər", "Təhlillər, təkliflər", "Cümhuriyyət - 100", "İctimaiyyətə hesabat", "Beynəlxalq əlaqələr", "Hüquqi aktlar" bölmələrində maraqlı məlumatlar əksini tapıb.

Jurnalın "İctimai-siyasi tədbirlər" bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası, dövlətimizin başçısının 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etməsi, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Yeni Azərbaycan Partiyasının VI qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi, dövlətimizin başçısının Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimində iştirak etməsi, Prezident İlham Əliyevin yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olması və Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirakı barədə xəbərlər oxucuların diqqətinə çatdırılır.

Jurnalın "Rəsmi tədbirlər" bölməsində Baş Prokurorluqda əməliyyat müşavirəsi, Baş Prokurorluqda, Hərbi Prokurorluqda, Bakı Şəhər Prokurorluğunda və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda keçirilən kollegiya iclasları və digər tədbirlərlə, həmçinin baş prokuror Zakir Qaralovun rusiyalı həmkarına müraciəti ilə bağlı məlumatlar təqdim olunur.

Bundan başqa, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daim diqqət mərkəzində saxlanılması, 1918-ci il mart soyqırımının 100-cü, Xocalı soyqırımının 26-cı ildönümləri ilə bağlı Hərbi Prokurorluqda keçirilən tədbirlər barədə xəbərlər də bu bölmədə yer alıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramovun "Cinayətin provokasiyası" ilə əldə edilmiş sübutların mümkünlüyünün formal və leqal əlamətləri barədə" məqaləsi, Hərbi Prokurorluğun kadrlar və hüquqi təminat şöbəsinin böyük prokuroru Firad Əliyevin "Residivə görə cəza təyin etmənin xüsusiyyətləri" məqaləsi "Təhlillər, təkliflər" bölməsində oxucuların diqqətinə çatdırılır.

"Cümhuriyyət - 100" bölməsində Azərbaycan Vəkillər Kollegiyasının və Yazıçılar Birliyinin üzvü, prokurorluğun fəxri işçisi, baş ədliyyə müşaviri Cahangir Nəsirovun "Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik fəaliyyəti tarixindən" sərlövhəli məqaləsi verilib.

"İctimaiyyətə hesabat" bölməsində isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2017-ci il ərzində gördüyü işlərə dair hesabat materialı dərc olunub, 1988-ci il Sumqayıt iğtişaşları və Xocalı soyqırımının 26-cı ildönümləri ilə əlaqədar bəyanatlar və digər məlumatlar əksini tapıb.

Ümumilikdə jurnalda Baş Prokurorluğun 2018-ci ilin yanvar-mart ayları ərzində fəaliyyəti dolğun işıqlandırılıb, keçirilən seminarlar, konfranslar, digər tədbirlər, eləcə də qurumun beynəlxalq əlaqələri və digər mövzularda maraqlı məqalələr ttoplanıb.

  • Əvvəlki

    Daxili işlər naziri Avropa Komitəsinin prezidenti ilə görüşüb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0