USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın ötən il idxal etdiyi elektrik enerjisinin 68%-i Azərbaycanın payına düşüb

06.01.2020 İqtisadiyyat
0 0
Ötən il Gürcüstan 1623 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Kommersant.az” xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

İllik müqayisədə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin həcmində 7,5% artım qeydə alınıb.

Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 68%-i Azərbaycan, 32%-i isə Rusiyanın payına düşüb.

2019-cu ildə Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 243,4 milyon kilovatt/saat təşkil edib ki, bu da illik müqayisədə 58,7% azdır. İxracın böyük hissəsi 46% olmaqla Türkiyəyə yönəldilib.

  • Əvvəlki

    Bayram tətili başa çatır - sabah iş günüdür

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0