USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏDV-nin qaytarılması prosesi bu tarixdən başlayacaq - RƏSMİ

16.01.2020 İqtisadiyyat
0 0
2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi pərakəndə satış müəssisələrində POS-terminalların işlədilməməsinə də münasibət bildirib.

"Kommersant.az" xəbər verir ki, nazir belə hallarda qanunvericiliyə uyğun olaraq məsuliyyət nəzərdə tutulduğunu deyib:

"Artıq yeni nəsil kassa aparatlaları quraşdırılır. Bu proses bitəndən sonra ƏDV-nin qaytarılması prosesi başlayacaq".

Öz növbəsində vergilər nazirinin müavini İlkin Vəliyev isə bildirib ki, ƏDV-nin qaytarılması prosesinin texniki şərtləri hazırdır:

"Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Bu ilin fevralından ƏDV-nin qaytarılması qanunu təsdiq olunacaq. 1 fevral tarixində bu qərar işə düşəcək".

Onun sözlərinə görə, 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq.

  • Əvvəlki

    Sabah da yağış yağacaq - HAVA PROQNOZU

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0