USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“WhatsApp-dan istifadə təhlükəlidir” - Durov

31.01.2020 İqtisadiyyat
0 0
Telegram messencerinin yaradıcısı Pavel Durov WhatsApp tətbiqindən istifadənin doğuracağı təhlükələrdən danışıb.

"Kommersant.az" xəbər verir ki, bir müddət əvvəl Kütləvi informasiya vasitələrində WhatsApp vasitəsi ilə göndərilən zərərli fayldan istifadə edilərək dünyanın ən varlı adamı, Amazon şirkətinin sahibi Ceff Bezosun telefonunun "sındırıldığı", şəxsi məlumatlarının ələ keçirildiyi barədə məlumatlar yayılmışdı.

Məşhur Teleqram messencerinin yaradıcısı Durov qeyd edib ki, smartfonlarını dəyişərkən istifadəçilər məlumatların ehtiyat nüsxələrini şifrlənməmiş bulud yaddaşında buraxırlar.

O, tətbiqlərin hazırlayıcıları tərəfindən qəsdən yaradılan bekdorların ( back door – ing. hərfi tərcüməsi arxa qapı) yazışmaların məxfiliyini qorumaq üçün təhdid mənbəyi ola biləcəyini də söyləyib. Onun sözlərinə görə, tərtibatçılar bu cür tövsiyələrə hüquq mühafizə orqanlarının təzyiqi altında gedə bilərlər. Onların tez-tez gözlənilməz təhdid kimi gizlədildiyini söyləyən ekspert, son bir il ərzində WhatsApp-da 12 belə nasazlıq aşkarlandığını xatırladıb.

Bundan əlavə, Durov, WhatsApp-da olduğu kimi gizli mənbə kodu olan tətbiqlərə etibar etməməyi məsləhət görüb.

  • Əvvəlki

    AMB şəffaflıq və informasiya açıqlığı tələb edən sullardan ustalıqla yayınır - Ekspert

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0