Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul edəcək

03.02.2020 İqtisadiyyat
Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 2020-ci il fevral ayının 29-da Şirvan şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə "Kommersant.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.