USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ÜST-dən koronavirusun müalicəsi ilə bağlı - AÇIQLAMA

06.02.2020 İqtisadiyyat
0 0
Hazırda ölümcül 2019-nCoV tipli koronavirusa qarşı dərman yoxdur.

"RİA Novosti"nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə proqramlar üzrə icraçı direktoru Maykl Rayan bəyan edib.

O, adekvat müalicə həyata keçiriləcəyi təqdirdə yoluxanların əksəriyyətinin ölməyəcəyindən əminliyini ifadə edib.

"Virusdan ölənlərin əksəriyyəti səhhətlərində problemlər olan yaşlı insanlardır. Pasientlərin çoxu ona görə ölüb ki, orqanlarının fəaliyyəti dayanıb. Bu, virusa görə deyil, onun yaratdığı şokdan baş verir", - deyə M.Rayan bildirib.

Mütəxəssis onu da vurğulayıb ki, HİV və ya koronavirusun əvvəlki tipləri ilə mübarizədə istifadə olunan dərmanların qəbulunun effektivliyi sübut olunmayıb.

Bununla belə, dövlət 2019-nCoV ilə mübarizədə effektivliyini yoxlamaq üçün sertifikatlaşdırılmış dərmanlardan, o cümlədən interferon və inhibitorlardan istifadə edə bilər.

ÜST həmçinin, bu halda dərmanların effektivliyini öyrənmək üçün belə araşdırmaların nəticələrini paylaşmağa çağırış edib.

  • Əvvəlki

    Bu rayonun 21 kənd işıqsız qaldı - RƏSMİ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0