USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp “böyük təhlükə”dən necə qurtuldu? - Tarixi qərarın detalları

06.02.2020 Dünya
0 0
“Amerikalı senatorlar səs çoxluğu ilə prezident Donald Trampa qarşı Nümayəndələr Palatasının səs verdiyi impiçmenti təsdiq etmədilər. Bu gözlənilən idi. Çünki Nümayəndələr Palatasından fərqli olaraq Senatda Respublikaçılar Partiyası çoxluqdadır. Onlar isə bir senator Mitt Romnini çıxmaq şərtilə yekdilliklə impiçmentin əleyhinə səs verdilər. O ki qaldı, Mitt Romniyə o vaxtilə partiyasından prezidentliyə namizəd olmaq istəyirdi, mümkündür ki, senatorun Trampla şəxsi hesabı var”.

“Kommersant.az” xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampla bağlı impiçment məsələsini belə şərh edib:

“Beləliklə, Tramp partiyadaşlarının dəstəyi hesabına böyük təhlükədən qurtuldu və Ağ Evdəki işinə noyabr ayına – növbəti prezident seçkiyə qədər davam edə bilər. Demokratlar istəklərinə çatmadılar. Ancaq Demokratlar Partiyasından olan bir konqresmenin sözlərinə görə, “Tramp Amerika tarixinə impiçmentlə üzləşmiş prezident kimi düşdü”. Bu Trampı əsla narahat etmir. Ona qalsa, demokratların prezidenti olmuş Bill Klinton da impiçment təhlükəsiylə üzləşmişdi və onun məsələsi Trampınkından daha birabırçı idi (Ağ Evdə təcrübə keçən qızla otağında dəfələrlə cinsi əlaqədə olmuş və yalan danışmağa cəhd etmişdi).

Trampın impiçment dövründə məzlum duruma sürüklənməsi sıravi amerikanların bir qisminin xoşuna gəlmədi. Təsadüfi deyil ki, bu dövrdə Trampın reytinqi 6 faiz artdı. Amerika iqtisadiyyatında da işlər pis getmir. Amerikalıların 63 faizi iqtisadiyyatdakı vəziyyətndən razıdır, işsizlik ölkə tarixinin 50 ilində ən aşağı səviyyəyə düşüb. Amerikalılara bu lazımdır, yoxsa Trampın Ukrayna prezidentini yardımı kəsməsiylə hədələməsi, rəqiblərini qanunsuz yollarla neytrallaşdırmaq istəyi demokratlardan başqa kimsənin vecinə də deyil”.