USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

85 illik xəbər agentliyi bağlanır

03.03.2020 İqtisadiyyat
0 0
Avstraliyanın 85 illik milli xəbər agentliyi AAP (Australian Associated Press) abunə sayındakı azalmalar və portallardakı məzmunlarla eyniyyət təşkil etməsi, yəni özəl məzmun qıtlığı səbəbindən bağlanır.

"Kommersant.az" xəbər verir ki, bu barədə agentliyin baş redaktoru Toni Qillies rəsmi tvitter hesabında məlumat verib. O, çox ağır gün olduğunu və 85 illik peşəkar fəaliyyətin ardından agentliyin 26 iyunda bağlanacağını bildirib. Agentliyin tənəzzülü 170 müxbirin də fəaliyyətinin sona çatması deməkdir. Avqust ayından etibarən isə qurumun səhifəsi bağlanacaq.

Şirkətdən bağlanma ilə bağlı verilən açıqlamada bu ifadələrə yer verilib:

"Başqalarının məzmunlarını alan və pulsuz olaraq paylaşan, tirajlayan platformaların görülməmiş şəkildə böyük təsiri oldu. Bu da bir çox media qurumunun AAP-nin xidmətindən istifadə etmələrini dayandırmalarına gətirib çıxardı. Beləliklə, davam etməyin mümkün olmadığı bir nöqtəyə gəlib çatdıq".

Qeyd edək ki, AAP dünyanın ən prestijli xəbər agentliklərindən Assosiated Press də olmaqla bir çox beynəlxalq mətbu orqanı ilə əməkdaşlıq edir, foto və xəbər mübadiləsi aparırdı. Agentlik 1953-cü ildə Keiz Mardoç tərəfindən Sidneydə təsis edilib və ölkənin yeganə xəbər agentliyi kimi fəaliyyət göstərirdi.

  • Əvvəlki

    “Coca-Cola” Azərbaycanda qiymətləri artırdı

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
UBS-dən rekord səviyyədə hesabat
0 0
07.05.2024 İqtisadiyyat
Britaniya Müdafiə Nazirliyinə kiberhücum
0 0
07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0
06.05.2024 İqtisadiyyat
Google reklam siyasətini yenilədi
0 0