USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

UBER velosiped işinə də girir

07.06.2018 İqtisadiyyat
0 0
Ötən Aprel ayında, "JUMP Bikes" tətbiqini satın alan "Uber", Avropada elektrikli velosiped paylaşma xidmətini həyata keçirərək.

"Uber"in İcraçı direktoru Dara Khosrowshahi keçirdiyi mətbuat konfransında, "JUMP tətbiqini yayın sonuna qədər Berlində tamamlayacağıq. Bir neçə ay sonra da Avropadakı digər şəhərləri də sistemə əlavə edəcəyik" deyib.

"Velosipedlər məsələsində xüsusilə həyəcanlıyıq. Çünki velosipedlər yolların dar, nəqliyyatın sıx olduğu şəhərlərdə asanlıq təmin edir. Həmçinin, ətraf mühit dostu bir sürüş imkanı verir" deyən Khosrowshahi, telefonla təqib edilən velosipedlərin hər hansı bir yerə qoyub getməsinə də imkan təmin etdiyini ifadə etdi.

Avropadakı taksiçilərin böyük reaksiyasına səbəb olan "Uber" bəzi ölkələrdə qadağan olunmuşdur.

  • Əvvəlki

    E-ticarət məhsulları Azərbaycan üzərindən xarici ölkələrə daşınacaq

Digər xəbərlər