USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Azərbaycanda avtomobillərin qiymətinə təsir edəcəkmi? - EKSPERT

10.03.2020 İqtisadiyyat
0 0
"Hazırda avtomobil bazarında sabitlikdir”.

"Kommersant.az" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, qeyd edib ki, neftin qiymətinin aşağı enməsi avtomobil bazarına təsirsiz ötüşməyəcək:

"Bir az təhlükəli tendensiya yaranıb. Amma bunun uzun müddətli olmasını gözləmirəm. Belə proseslər baş verəndə Gömrük Komitəsi rüsumları artırmaqla vəziyyətdən çıxmağa çalışır. Dolların qiyməti qalxarsa, bütün sahələr kimi bu, avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Avtomobillərin bahalaşması qaçılmazdır. Onsuz da ildən-ilə avtomobil bazarında bahalaşma baş verir".

Elməddin Muradlı qeyd edib ki, Gömrük Komitəsi fəaliyyəti 7-8 ildən aşağı olan avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün qərar qəbul edib:

"Bu qərar qəbul olunsa, avtomobillərin qiymətinə təsir göstərəcək. Amma hələ ki, rüsumlar artırılmayıb, dollarım qiymətində artım yoxdur".

  • Əvvəlki

    Azərbaycanda valyuta satışına məhdudiyyət olmayacaq - ABA

Digər xəbərlər

03.05.2024 İqtisadiyyat
“Apple”ın gəlirləri azalıb
0 0
02.05.2024 İqtisadiyyat
Uberə qarşı 10 milyard 145 milyonluq iddia
0 0