USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcək

09.04.2020 İqtisadiyyat
0 0
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə ölkədə ərzaq yardımı kampaniyası keçiriləcək.

Bu barədə "Report"un yerli bürosuna səfirlikdən məlumat verilib.

Bildirilib ki, sabahdan start götürəcək kampaniya Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Yardım kampaniyası çərçivəsində ümumilkdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq. Qida məhsullarının Tbilisi şəhəri, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılması mərhələli şəkildə həyata keçiriləcək.

  • Əvvəlki

    Sosial mediada koronavirusla bağlı paylaşma rekordu qıran 10 yalan - VİDEO

Digər xəbərlər

15.05.2025 İqtisadiyyat
Şamaxıda zəlzələ olub
0 0
15.05.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0