USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft sənayesində 5G şəbəkəsinin tətbiqi təklif olunub

09.06.2018 İqtisadiyyat
0 0
Bakıda Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti çərçivəsində "Rəqəmli iqtisadiyyat " paneli keçirilib

"Kommersant"ın xəbərinə görə, paneldə müzakirələrə qatılan iqtisadiyyat və idarəçilik üzrə professor Gerard Poqorel indi rəqəmli inkişaf dövrü olduğunu deyib: "İndi yeni mərhələdəyik. Simsiz şəbəkə, 5G nəsili yeni imkanlar yaradacaq. Bu, daha çevik sistemdir. Bu sistemə pul yatırmağa dəyər. Simsiz sahədə rəqabət çox vacibdir. Bu rəqabət şəbəkənin inkişafına yönəldilməlidir. Gələcək simsiz olacaq, yeni şəbəkələr rəqabətli olmalıdır və bu, yerli, eləcə də regional aləmdə yeni imkanlar yaratmalıdır".

"Samsung" təmsilçisi Mişel Pastore isə bildirib ki, rəqəmli iqtisadiyyat strukturundan hər kəsin istifadə edə bilməsi üçün əlverişli mühit yaradılmalıdır.

Telekom və istehlakçı müdafiəsi üzrə analitik Visiola Pula qeyd edib ki, yeni 5G şəbəkəsi iqtisadi sistemdə mühüm inqilabi rol oynayacaq: "Bu şəbəkə nəqliyyat, sənaye üçün də əhəmiyyətli ola bilər. Məsələn, Azərbaycanda 5G şəbəkəsi neft sənayesində bütün avadanlıqların əlaqəli işləməsinə kömək edə bilər".

Finlandiya parlamentinin nümayəndəsi Saymn Elo MP rəqəmsallaşmanın əsas məqsədinin bütün xidmətləri bir yerə birləşdirməkdən ibarət olduğunu vurğulayıb.