USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

22.04.2020 İqtisadiyyat
0 0
22 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101579S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 99,4662 AZN (6.90%) və 99,4773 AZN (6.76%) olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 308 milyon 26 min 300 manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99,4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil etmişdir. Notların ödəmə tarixi 20.05.2020-ci ildir.

  • Əvvəlki

    Sosial sığorta haqqı 62,5 manatdan 37,5 manata endirilir

Digər xəbərlər