USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobillərin hərəkətinə qoyulan qadağa götürüldü

27.04.2020 İqtisadiyyat
0 0
Bu gündən Gürcüstanda avtomobillərin hərəkətinə gətirilən məhdudiyyət götürülüb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib. Onun sözlərinə görə, sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda məhdudiyyət qüvvədə saxlanılacaq. İ. Çikovani qeyd edib ki, artıq ölkədə iqtisadi fəaliyyət bərpa edilir, taksilərin və aqrar bazarların fəaliyyətinə qoyulan qadağa götürülür, onlayn formada topdan və pərakəndə satışa icazə verilir. Hər gün saat 21:00-06:00 arası tətbiq edilən komendant saatı isə qüvvədə qalır.

Baş nazirin mətbuat katibi vurğulayıb ki, qeyd edilən məhdudiyyətlərin götürülməsi Gürcüstanın koronavirus üzərində qələbə qazanması demək deyil və vətəndaşlar mümkün qədər ayıq-sayıq davranmalıdırlar. "Epidemioloji vəziyyət pisləşdiyi təqdirdə məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi istisna deyil", -deyə İ. Çikovani bildirib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma fevralın 26-da qeydə alınıb. Martın 21-də ölkədə fövqəladə vəziyyət, martın 31-də isə ümumi karantin elan edilib. APA

  • Əvvəlki

    Pensiya alanlara şad xəbər: Gələn aydan...

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0