USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkədə karantin rejimi ləğv edilir

28.04.2020 İqtisadiyyat
0 0
Avstriya hökuməti aprelin 30-na qədər elan olunmuş karantin rejimini uzatmamaq barədə qərar verib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Avstriyanın Səhiyyə naziri Rudolf Anşober açıqlama verib.

Onun sözlərinə görə, aprelin 30-dan sonra insanlara sərbəst şəkildə evlərini tərk etməyə icazə veriləcək. Həmçinin ölkədə 10 nəfərdən çox iştirakçı olmamaq şərti ilə tədbirlərin keçirilməsinə icazə veriləcək. Dəfn mərasimlərində isə 30 nəfərə qədər insanın iştirak etməsinə icazə veriləcək.

Bu məhdudiyyətlər iyun ayının sonuna qədər qüvvədə qalacaq. İyundan sonra isə məhdudiyyətlərə yenidən baxılacaq.

Qeyd edək ki, mayın 1-dən etibarən Avstriyada qeyri-ərzaq mağazaları və ticarət mərkəzləri, mayın 15-dən etibarən isə restoran və barlar açılacaq.Qafqazinfo

  • Əvvəlki

    Bu pulları almaq üçün bankomatlara yaxınlaşın

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0