USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Braziliya prezidentinə qarşı istintaq başladı

28.04.2020 İqtisadiyyat
0 0
Braziliya Ali Federal Məhkəməsi dövlət başçısı Jair Bolsonaro barəsində istintaq başladılmasına qərar verib.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb keçmiş ədliyyə naziri Serxio Moronun onu hüquq mühafizə orqanlarının fəaliyyətinə müdaxilə etməkdə ittiham etməsi olub. İstintaqın nəticələrinə əsasən ya ölkə prezidentinin impiçmentinə qərar veriləcək, ya da Moroya prezidentə böhtan atması iddiası ilə cinayət işi açılacaq.

Bolsonaroya qarşı ittihamlar prezidentlik səlahiyyti ilə əlaqəli olduğundan onun toxunulmazlığı məhdudlaşdırılacaq. Ali Federal Məhkəmə onun barəsində ədliyyə fəaliyyətlərinin icrasına mane olmaq da daxil olmaqla 7 maddə üzrə istintaq başladıb.

Qeyd edək ki, ötən həftə keçmiş hakim və ölkənin ədliyyə naziri Serxio Moro prezidentin ədliyyə orqanlarının işinə müdaxilə etməsini və federal polis rəisi Maurisio Valeixonu əsassız şəkildə işdən çıxartdığını əsas göstərərək vəzifəsindən istefa vermişdi.