USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda koronavirusa yoluxan polislərdən xəbər var - RƏSMİ

28.04.2020 İqtisadiyyat
0 0
"Koronavirusa yoluxan polis əməkdaşlarından karantin müddətini bitirənlər var”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

E.Zahidov qeyd edib ki, həmin şəxslər bir müddət xidmətlərini davam etdirməyəcəklər:

"Hazırda koronavirusa yoluxduğu üçün müalicə alan polis əməkdaşlarının vəziyyəti stabildir. Onlar arasında müalicəsini başa vuran əməkdaşlarımız var. Dəqiq say açıqlaya bilmərəm, amma onlar xəstəxanadan evə buraxılıb. Həmin polis əməkdaşlarının bir müddət istirahət etməsi ilə bağlı qərar verilib. Onu da qeyd edim ki, son günlər polislər arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb"

"Ömür-günümü sənətə həsr etdim. Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı. O vaxt bəlkə də, populyarlıq üçün lazım idi. Sonra bu imic həyatıma çevrildi".Unikal.org