USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Karantin məhdudiyyətləri bu şəxslərə şamil edilməyəcək - Prezident təsdiqlədi

28.04.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

"Kommersant.az" xəbər verir ki, dəyişikliklə qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilib:

"Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir".