USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputatın bu açıqlaması gülüş hədəfi oldu: “Virus Azərbaycanın qarşısında əlacsız qalıb”

01.05.2020 İqtisadiyyat
0 0
Deputat Pərvin Kazımzadənin modern.az saytına verdiyi müsahibədə işlətdiyi ifadələr sosial şəbəkədə gülüş hədəfinə çevirilib.

Xanım deputat müsahibəsində koronavirus pandemiyasının Azərbaycanın həyata keçirdiyi tədbirlər qarşısında əlacsız qaldığını deyib və bu da onu hədəfə gətirib. P. Kazımzadə "Ölkəmiz karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaqmı?" sualına belə cavab verib:

"Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.

Azərbaycan xalqı yaxşı bilir ki, hər zaman xoş gündə də, dar gündə də onların yanında olan dövlət rəhbərləri var. Ölkəmizin daxili və xarici siyasətində əldə edilən uğurlar, iqtisadi tərəqqi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş operativ tədbirlər, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması deməyə əsas verir ki, belə çətin vaxtda da Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaq.

Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, eyni zamanda iş yerlərinin saxlanılması üçün dövlətin dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına xidmət edib.

Koronavirus pandemiyasının tüğyan etdiyi çətin bir vaxtda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi, bütün istiqamətlər üzrə ölkədəki vəziyyətin hesabatı göstərdi ki, koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətin qarşısında əlacsız qalır".

  • Əvvəlki

    Milli Məclisin iclası başlayıb

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0