USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bu məhdudiyyət götürüldü

06.05.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan müvəqqəti məhdudiyyətlərlə bağlı məlumat yayıb.

AQTA-dan verilən məlumata görə, məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb.

Bildirilib ki, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub.

"Bununla əlaqədar müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxmaq zərurəti yaranıb.

Bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatları nəzərə alınaraq, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması ilə bağlı tətbiq olunan bəzi müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması qərara alınıb. Qərara əsasən yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, Gürcüstan, Qazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda yüksək və zəif patogen quş qripi xəstəliyi qeydə alınmış Polşa, Çexiya, Macarıstan, Slovakiya, Almaniya, Rumıniya, Ukrayna, Danimarka, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Hindistan və ABŞ-ın bir sıra ərazilərindən diri quş və quş məhsullarının idxalında OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipinin tətbiqinə uyğun olaraq icazə verilib.

Eyni zamanda müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub", - deyə məlumatda qeyd olunub.

  • Əvvəlki

    May ayında 190 manat almaq istəyənlərin - NƏZƏRİNƏ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0