USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu qaydanı pozanlar cərimələnəcək - QƏRAR

08.05.2020 İqtisadiyyat
0 0
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə inzibati cərimənin 1 il şərti olaraq tətbiq edilməsi təklif olunur.

"Kommersant.az"-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" və "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və bu dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) dəyişiklik olunması təklif edilir. Bu inzibati xətanı (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halları istisna olmaqla, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

  • Əvvəlki

    DTX yeni məlumat yaydı - SON DƏQİQƏ

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0