USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maskadan istifadə etməyən sərnişinlər qatarlara buraxılmayacaq

09.05.2020 İqtisadiyyat
0 0
Sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək:

"Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur".

  • Əvvəlki

    Türkiyənin 24 vilayətində iki günlük komendant saatı qüvvəyə minib

Digər xəbərlər