USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“EuroHome” bazarı yanır

12.05.2020 İqtisadiyyat
0 0
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

"Kommersant.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, "EvroHome" tikinti materialları bazarında 5 ay bundan əvvəl (2019-cu ilin dekabrın 10-da) də güclü yanğın olmuşdu. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılmışdı və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılmışdı.

  • Əvvəlki

    Sürücülər bu qayda pozuntusuna görə cərimə olunmayacaq - VİDEO

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0