USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İTV-də sosial reklamın yayım qaydaları dəyişdirilib

11.06.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “İctimai televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

"Kommersant"ın məlumatına görə, bu barədə prezident sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, İctimai TV-də sosial reklam "Reklam haqqında" qanuna uyğun olaraq yayımlanacaq.

Dəyişikliyə görə, ictimai yayım proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və ya akustik (səsli) şəkildə fərqlənməlidir.

Digər dəyişikliyə görə isə sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanmalıdır.

Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında (verilişində verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır.

  • Əvvəlki

    Rövnəq Abdullayev: "Cənub Qaz Dəhlizinin maliyyələşməsi ilə bağlı heç bir problem yoxdur"

Digər xəbərlər