USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətlərinin yüksəlməsi Avropaya pis təsir etməyə başlayıb

12.06.2018 İqtisadiyyat
0 0
"Financial Times"da yer alan məqalədə, Avropa Bölgəsinin, Fevral ayında 50 dollar olan neft qiymətlərinin Mayda 68 dollara qalxmasının mənfi təsirlərini hiss etməyə başladığı bildirilib.

Adətən neft qiymətləri yüksələn zaman Dolların zəifləmə göstərməsinə baxmayaraq, bu dəfə Avronun zəifləməsi neft qiymətlərdəki artımın təsirinin artmasına səbəb olub. Həmçinin Avropa Regionu 2017-dəki güclü inkişafın ardından geriləmə siqnalları verir və neftin bahalaşması vəziyyəti daha da ağırlaşdıra bilər.

Aparılan sorğular, neft qiymətlərinin yüksəlməsinin şirkətlərin xərclərini artıracağını göstərir. Enerji və yanacaq məsrəfinin artması ilə, şirkətlərin May ayında xərcləri 3 ayın ən yüksək səviyyəsinə qalxıb.

Digər tərəfdən, Avropalı taksiçilər də vəziyyətdən mənfi təsir görürlər. Fikir bildirən taksi sürücüləri, "Yanacaq qiymətləri hər gün yüksəlir. Bir şəkildə idarə edirik, amma heç də asan deyil" açıqlamasını ediblər.

Rəsmilər, neft qiymətlərinin 50 faiz artmasının Avropanın ümumi daxili məhsulunun artım tempini 0.6 faiz azaltdığını iddia edib.

  • Əvvəlki

    Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək

Digər xəbərlər

04.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0