USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək

12.06.2018 İdman
0 0
İyunun 12-də Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək.

"Kommersant"ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, tədbir IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin məqsədi gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.