USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bankir qadınlar özlərinin növbəti görüşnü keçirib

12.06.2018 Bank
0 0
9 iyun tarixində Women Bankers Club-da Bankir qadınların növbəti görüşü keçirilib. Görüşdə ənənəvi olaraq, son görüşdən bugünə bank sahəsində baş vermiş yeniliklər və dəyişikliklər haqqında danışılıb,müxtəlif ideyalar müzakirə olunub.

Görüşün bu dəfəki qonağı Qənirə xanım Paşayeva idi. Qənirə xanım, klubun görüşündəki iştirakı ilə bu anları hər bir görüş iştirakçısı üçün unudulmaz etdi. Qənirə xanım, vətənpərvərlikdən, patriot qadının vətəni üçün hansı xidmətləri edə biləcəyindən, və ümumilikdə qadının dövlətçilikdəki rolundan danışdı. O qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan, dəstəyə ehtiyacı olan sahələrdən danışdı. Bankir Qadınlar Klubu da öz növbəsində də anlamalıdır ki, dövlətlə yanaşı vətəndaş cəmiyyətində ayrı - ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhvələrini verməli, vətənpərvərlik borclarını yerinə yetirməlidirlər. Şəxsi inkşafdan da danışan Qənirə xanım, insanın daima öz üzərində işləməsi, işlədiyi sahədən asılı olmayaraq oraya özünün bütün potensialını həsr etməsinin vacibliyindən danışdı.

Sonda klubun fəaliyyətinə uğurlar arzu edən Qənirə xanım, klubun gələcək sosial tədbirlərini dəstəklədiyini və qarşılıqlı dəstəyin çox vacib olduğunu vurğuladı.

Doyumu olmayan unudulmaz bir görüşün simasına çevrildiyi üçün Women Bankers Club Qənirə xanıma dərin minnətdarlığını bildirir.