Britaniyada qeyri ərzaq dükanları açılır

26.05.2020 İqtisadiyyat
Britaniyada qeyri ərzaq dükanları iyun ayının 15-dən fəaliyyətlərini bərpa edə bilər.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Boris Conson brifinq deyib.

Qeyri ərzaq dükanlarının açılışı 23 martda koronavirus pandemiyası səbəbindən tədbiq edilən karantinin yumşaldılmasının ikinci etapında nəzərdə tutulan tədbirlərdəndir.

Baş nazir, həmçinin 1 iyun tarixindən ibtidai məktəblərin hazırlıq, birinci və son (altıncı) siniflərindən olan uşaqların təhsilə qayıdacaqlarını təsdiqlədi.