USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amazon özünün birinci moda geyimlərinin satışına başlayacaq

09.06.2020 İqtisadiyyat
0 0
Amazon özünün birinci moda geyimlərinin satışına başlayacaq, bunu Prime Day üçün treyninq kimi də başa düşmək olar.

Facemark.az xəbər verir ki, satışlar İyunun 22-də başlayacaq və "Ən Böyük Yay Satışları" (Biggest Summer Sale) adlandırılacaq.

Platforma bu aksiyaya o zaman başlayır ki, bir çox ölkələrdə brendlər COVID-19-dan dolayı, özlərinin yay satışlarından imtina ediblər.

Amazon-dan deyiblər ki, Biggest Summer Sale-in təşkil edilməsində məqsəd riteylerlərə kömək olmaqdır. Belə ki, koronavirusdan dolayı onların əlində böyük mal ehtiyatı qalıb. Beləliklə, satıcılar ehtiyatda qalan malları Amazon-da satışa çıxara biləcəklər. Kampaniyaya, həm böyük, həm də kiçik brendlər qatıla biləcəklər. Ancaq bu əməliyyatı etmək üçün onlar Amazon-dan xüsusi dəvət əldə etməlidirlər.

Qeyd edilir ki, satışlar İyunun 22-də başlayacaq və bir həftə davam edəcək. Bəzi mənbələr isə deyir ki, Amazon-da belə xüsusi gün hətta 10 gün belə davam edə bilər. Təşkilatçılar düşünür ki, əlbəttə ki, endirimlər alıcıların məhsul almaq həvəsini geri qaytara bilər.

Xatırladaq ki, əsasən yayda Amazon platformasında Prime Day adlı satışlar reallaşır. RetailDetail nəşri isə deyir ki, riteyler satışları koronavirusdan dolayı sentyabr ayına təxirə salıb. Nəşr, həmçinin əlavə edib ki, Amazon-un belə bir qərarı, Belçika və Fransız moda riteyleri üçün problem yarada bilər. Belə ki, Belçika yay satış mövsümünü avqustun 1-ə salıb. Fransa isə yay geyim mövsümünü iyulun sona qədər təxirə salacağını deyib.

  • Əvvəlki

    Təhsil Nazirliyi dərslərlə bağlı məlumat yaydı

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0