USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kirayə qiymətləri 8%-ə yaxın artıb

18.02.2026 İqtisadiyyat
0 0
2025-ci ilin dekabrında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.8% artıb.

Kommersant.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 2025-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi 2024-cü ilin IV rübünə nəzərən 10.6% artıb. O cümlədən ilkin mənzil bazarında qiymət artımı bu dövrdə 13.3%, təkrar mənzil bazarında isə 10.5% yüksəlib.

Məlumata görə, 2025-ci ilin yanvar-dekabr ayları ərzində 2024-cü ilin yanvar-dekabr ayları ilə müqayisədə ilkin mənzil bazarında qiymət indeksi 12.7%, təkrar mənzil bazarında isə 12.2% artıb.

“2025-ci ilin dekabrında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.8% artıb. Adı çəkilən xidmət üzrə qiymətlərin artım tempi 2025-ci ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan etibarən yüksəlib”, - məlumatda qeyd edilib.