USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İqtisadçı: “Virusla razılaşma əldə olunub, yoxsa...”

16.06.2020 İqtisadiyyat
0 0
Maraqlıdır:

1) Son günlər virusa yoluxanların sayının təqribən 350-380 aralığında qərarlaşması - belə stabillik necə izah oluna bilər: virusla razılaşma əldə olunub, yoxsa elan olunan yoluxma sayının 400-lük psixoloji həddə çatdırılmaması göstərişi verilib?! Atılan addımlar hesabına yoluxma sayının bu aralıqda saxlanılmasına nail olunması o qədər inandırıcı görünmür. Ekonometriklərin izahı maraqlı olardı. (Operativ Qərargahın saytında yoluxma sayının dinamikasını göstərən qrafikə baxsanız, nə demək istədiyim aydın olar)

2) Bütün turizm zonalarından (Quba, Nabran, Şəki, Qəbələ, Şamaxı və s.) gələn məlumatlardan, hətta TV-lərdən yayımlanan reportajlardan aydın olur ki, bu 2 günlük karantin dövründə oralar Bakı, Sumqayıt və Gəncə şəhərlərindən gedən tursitlərlə dolu olub. Hətta qalmağa yer tapmadıqlarından öz avtomobillərində gecələyənlərin də olduğu söylənilir. Belə çıxır ki, şənbə günü Bakı və Sumqayıt karantin postlarından yayımlanan reportajlarda göstərilən avtomobul karvanlarındakıların böyük əksəriyyəti karantin zonalarını tərk etməyə nail olublar. Amma necə? Doğrudanmı, bu qədər insan zəruri gediş icazələrinə malik olub? İnandırıcı görünürmü? Əgər onlar icazəsiz gedə biliblərsə, onda bu karantin postları oyunu kimə və nəyə lazımdır?!

3) Şənbə günü müşahidə olunan həmin yerdəyişmələrin nəticəsi olaraq virusa yoluxma coğrafiyasının genişlənməsi baş verərsə (bu, böyük ehtimalla gözlənəndir), buna görə məsuliyyət daşıyan olacaqmı?!

P.S. Sonra da şikayətlənirlər ki, vətəndaşlar hələ də virusa inanmırlar...

Azər Mehtiyev

İqtisadçı