USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təcili Yardıma həkim qəbulu elan olundu

29.06.2020 İqtisadiyyat
0 0
Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət edilirlər.

"Kommersant.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

  • Əvvəlki

    Mədəniyyət Nazirliyinin müəssisələrində vergidənyayınma halları aşkarlandı - RƏSMİ

Digər xəbərlər