USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB tərəfindən inflyasiya proqnozu - AÇIQLANDI

16.07.2020 İqtisadiyyat
0 0
2020-ci ilin sonuna bizim inflyasiya proqnozumuz 3- 3,5 % səviyyəsindədir bu da hökümətin proqnozlarından aşağıdır

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı deyib.

O bildirib ki, ilin əvvəlindən 5 aylıq inflyasiya göstəricisi 2,9% inflyasiya səviyyəsindədir. Aparılan sorğular göstərir ki,inflyasiya səviyyəsi sabitləşmişərək aşağı düşür. 2020-ci ilin sonuna bizim inflyasiya proqnozumuz 3- 3,5 % səviyyəsindədir bu da hökümətin proqnozlarından aşağıdır.

Mərkəzi bank sədri həyata keçirilən pul kredit siyasəti barədə məlumat verərək qeyd edib ki, pul kredit ,faiz siyasətinin yumşaldılması ardıcıl olaraq davam etdirilir.İlin əvvəlindən faiz dərəcəsi 7,5%-dən 7 %-ə endirlib.

Elman Rüstəmov həmçinin "İqtisadiyyatda,bank sistemində əhəmiyyətli likvidlik var təxminən 8 milyard manata qədər. lakinbəzi hallarda iqtisadiyyatda müəyyən likvidlik problemləri yaranırsa Mərkəzi Bank operativreaksiya verir likvidliyi təmin edir.-deyə qeyd edib.

  • Əvvəlki

    Çindən Türkiyəyə konteyner qatarları daha tez çatacaq - VİDEO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0