USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir: “Səkkiz yeni bərpa mərkəzi istifadəyə veriləcək”

17.07.2020 İqtisadiyyat
0 0
“Bu il səkkiz yeni bərpa mərkəzinin istifadəyə verilməsi planlaşdırılır”.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, respublikamızın dörd regionunda regional bərpa mərkəzləri artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır.

Nazir qeyd edib ki, bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki regional reabilitasiya mərkəzləridir:

“İlin sonuna qədər isə Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatı, Şirvan Əlilliyi olan şəxslərin regional Bərpa Mərkəzi, eləcə də, Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcək”, – deyə nazir diqqətə çatdırıb.

O əlavə edib ki, bu müəssisələrin istifadəyə verilməsi ilə ölkədə reabilitasiya imkanları iki dəfədən çox artırılacaq.

  • Əvvəlki

    Müdafiə Nazirliyi daha bir məlumat yaydı - SON DƏQİQƏ

Digər xəbərlər