USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Karantin rejiminə ehtiyac qalmayacaq” - Həkim

22.07.2020 İqtisadiyyat
0 0
Məlum olduğu kimi, karantin rejiminin yenidən uzadılması ilə əlaqədər hələ ən azı sentyabradək tibbi maskada gəzməli, sosial məsafəni qorumalıyıq. Əslində əlimizdən bundan başqa heç nə gəlmir.

Bir də Allaha dua edir, əvvəlki həyatımıza qayıdacağımızı həsrətlə gözləyirik...

Mütəxəssislər karantin rejiminin davam etməsini məqsədəuyğun hesab edirlər. Həkim-ginekoloq Fəxranə Hüseynzadə "Sherg.az"a bildirib ki, vəziyyətin yenidən pisləşməsi istisna deyil:

"Əlbəttə, ən doğru qərarı TƏBİB bilir. Bu günə olan statistika qənaətbəxşdir. Amma şəhidlərimiz üçün keçirilən yürüşün təbii artımla nəticələnməsi mümkündür. Yəqin, bir həftədən, on gündən sonra bunu daha dəqiq biləcəyik".

Onun fikrincə, karantinin uzadılması müsbət effekt verəcək:

"Biz sonuncu karantin rejiminin nəticəsini gördük. Yoluxanların sayı xeyli azaldı. Həmin məntiqlə avqustdan sonra yoluxma sayının daha da azalacağını söyləmək olar. Əlbəttə, karantin heç kim üçün xoş deyil.

Çətindir, ancaq məcburuq. Düşünürəm ki, növbəti karantin rejiminə ehtiyac qalmayacaq. Çünki insanlar tibbi maska taxmağa, sosial məsafə qorumağa vərdiş ediblər.

Yəni qaydaları gözləmək üçün xüsusi rejimin lazım olmadığı qənaətindəyəm".

  • Əvvəlki

    Azərbaycan mətbuatı - 145

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0