USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərkosmos”-un ən çox bu ölkələrə xidmət ixracı həyata keçirib

30.07.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 21,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə "İxrac İcmalı"nda 2020-cu ilin yanvar-iyun aylarını əhatə edən sayında məlumat verilib.

Məlumata görə,bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım deməkdir. "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

Qeyd olunur ki, 2020-ci ilin iyun ayında isə "Azərkosmos" ASC dünyanın 20 ölkəsinə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. "Azərkosmos" ASC-nin 2020-cu ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, Malayziya və BƏƏ-dir.

  • Əvvəlki

    Azərbaycanın dövlət sektorunda qeyri-neft məhsulunu ən çox bu şirkət həyata keçirib

Digər xəbərlər