USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəb direktoru və müəllimləri ilə bağlı - MÜHÜM ƏMR

14.09.2020 İqtisadiyyat
0 0
Direktor və müəllimlər distant təhsilin təşkili ilə bağlı kurslara cəlb ediləcəklər.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə imzaladığı əmrdə bildirilib.

Əmrdə qeyd edilib ki, koronavirus (COVİD-19) pandemiyası ilə bağlı mövcud vəziyyəti və zəruri ehtiyacları nəzərə alaraq distant (məsafədən) təhsilin təşkili ilə bağlı məktəb rəhbərləri və müəllimlərin kurslara cəlb edilməsi məsələsi həll edilməlidir.APA