USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstandan Azərbaycana mal-qara idxalı artıb

19.06.2018 İqtisadiyyat
0 0
Cari ilin ilk beş ayı ərzində Azərbaycan Gürcüstandan 5 mln. 865,5 min dollar dəyərində 2 751,6 ton diri iribuynuzlu mal-qara idxal edib.

"Kommersant" statistik göstəricilərə istinadən xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 2,4 dəfə artıb.

İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin analoji göstəricisi ilə müqayisədə 4 mln. 349,5 min dollar və ya 2,8 dəfə çoxdur.

Qeyd edək ki, ötən ilin ilk dörd ayı ərzində Azərbaycan Gürcüstandan 1 mln. 516 min dollar dəyərində 1 138,4 ton diri iribuynuzlu mal-qara idxal edib.

  • Əvvəlki

    Pərviz Şahbazov kritik iclasda iştirak üçün Vyanada olacaq

Digər xəbərlər