USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qarabağ Azərbaycandır” qısa hekayə müsabiqəsi elan olundu

07.10.2020 İqtisadiyyat
0 0
"Mücrü” nəşriyyatı yeni – "Mücrü” Ədəbiyyat Mükafatı təsis edib.

Bu haqda nəşriyyatın rəhbəri Müşfiq Xan məlumat verib. Onun bildirdiyinə görə, mükafatın əsas məqsədi Azərbaycanın çağdaş ədəbiyyatının inkişafına təkan vermək, kitabçılığın inkişafı və Azərbaycan müəllifinin oxuculara daha da yaxından tanıdılmasıdır.

Beləliklə nəşriyyat #QarabağAzərbaycandır adlı qısa hekayə müsabiqəsini elan etməklə fəaliyyətinə start verib.

Müsabiqənin məqsədi hazırda ön cəbhədə ağır döyüşlərdə böyük şücaətlər göstərən, xalqımıza hər gün zəfər sevinci yaşadan, məğrur, yenilməz Azərbaycan Ordusuna dəstək olmaq, döyüş əzminə güc qatmaq, vətənpərvərliyin təbliğidir.

#QarabağAzərbaycandır qısa hekayə müsabiqəsinə əsərlərin qəbulu oktyabrın 7-si saat 10:00-dan etibarən başlayacaq və bir ay müddətində davam edərək noyabrın 7-si saat 10:00-da başa çatacaq.

Müsabiqə şərtləri:

– Hər müəllif müsabiqəyə yalnız bir qısa hekayə göndərə bilər.

– Əsərləri göndərərkən müəllif adını, ədəbi təxəllüsünü və əlaqə nömrəsini mütləq qeyd etməlidir.

– Müsabiqənin yaş məhdudiyyəti yoxdur.

– Müsabiqəyə göndərilən qısa hekayələr maksimum 27 sözdən (27 sentyabr Qarabağ uğrunda döyüşlərin başlanmasını simvolizə edir) ibarət olmalıdır.

– Müsabiqəyə yalnız Azərbaycan dilində yazılmış əsərlər qəbul edilir.

Müəlliflər əsərlərini [email protected] ünvanına göndərməlidir.

Qeyd edək ki, göndərilən əsərlər arasından Münsiflər Heyətinin seçdiyi 5 nəfər mükafatlandırılacaq. Müsabiqəyə noyabrın 17-də Milli Dirçəliş Günündə yekun vurulması planlaşdırılır. Əsərlər gündəlik Mücrü ART (www.mucru.art) portalında yayımlanacaq.

Qaliblərə qiymətli hədiyyələr və kitab dəstləri hədiyyə ediləcək. İlk 5 yeri qazanan müəlliflər diplomla təltif olunacaq.

Müsabiqəyə göndərilmiş əsərlərin hamısı bir kitabda toplanaraq nəşr ediləcək.

  • Əvvəlki

    İran prezidenti: "Azərbaycan qardaşımızdır, Ermənistan isə qonşumuz" - VİDEO

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0