USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan xaricdən daha çox buğda alıb

16.04.2026 İqtisadiyyat
0 0
2026-cı ilin yanvar-mart ayında Azərbaycan 371 801.62 ton buğda idxal edib.

Kommersant.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 82 milyon 766 min ABŞ dolları təşkil edib.

2025-ci ilin ilk üç ayında isə Azərbaycana 62 milyon 245 min dollar dəyərində 287 995.37 ton buğda idxal edilmişdi.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 29%, dəyər baxımından isə 33% artıb.