USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple-dan iPhone-la bağlı - AÇIQLAMA

08.10.2020 İqtisadiyyat
0 0
Baxmayaraq ki, Apple şirkəti iPhone 12 seriyasını təqdim etməyib, internetdə gələn ilki iPhone 13 barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ice Universe ləqəbli məşhur çinli insayderin sözlərinə görə Apple şirkəti yaxın gələcəkdə öz smartfonlarının ekranlarındakı çıxıntı hissədən imtina etmək niyyətində deyil. Bu barədə Gagadget saytı xəbər verib. Bu isə o deməkdir ki, gələn ilki iPhone 13 modelləri də ekran üzərində çıxıntı hissə əldə edəcəklər.

Lakin insayderin sözlərinə əsasən bu ilki iPhone 12-dən fərqli olaraq iPhone 13-ün ekran üzərindəki çıxıntı hissə bir qədər daha nazik olacaq. Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, gələn ilki iPhone 13 seriyasında da 4 ədəd smartfon olacaq. Məlumatda qeyd edilmişdi ki, həmin smartfonlar 5.42 düym, 6.06 düym və 6.67 düym ekranlar əldə edəcəklər. Hər bir iPhone 13 modelinin OLED ekran ilə təchiz olunacağı gözlənilir. Çox güman ki, gələn il də iPhone 13 seriyası payız fəslində təqdim olunacaq.

  • Əvvəlki

    Sabaha olan HAVA PROQNOZU

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0