USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahın hava proqnozu

21.10.2020 İqtisadiyyat
0 0
Oktyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Əvvəlki

    Azərbaycan kərə yağı idxalını 29% artırıb

Digər xəbərlər