USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sement istehsalı 24% artdı

20.06.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 224,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 40,4% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada 1 mln. 292,4 min tonadək sement (artım 23,7%), 498,45 min tonadək hazır beton qarışığı (artım 2 dəfə), 7,777 min tonadək işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar (artım 1,9 dəfə), 11,9 min tonadək tikinti əhəngi (artım 28,8%) istehsal olunub.

Bu ilin yanvar-may aylarında tikinti gipsi istehsalında 66,5% - 14,4 min tonadək, beton konstruksiya istehsalında 54,2% - 36,8 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic istehsalında 27% - 33,5 min tonadək, asfalt istehsalında 4,2% - 63,9 min tonadək, tikinti kərpici istehsalında 8,3% - 99,6 min kubmetrədək azalma qeydə alınıb.

  • Əvvəlki

    Valyuta hərracı başa çatdı - MƏZƏNNƏ

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0