İstismara verilən mənzillərin ümumi sahəsi artıb

20.06.2018 İnşaat və Əmlak
2018-ci ilin yanvar-may aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 640,8 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-may aylarında mənzil tikintisinə 319,3 mln. manat (artım 5,1%) investisiya qoyulub.

Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 727,4 min kvadratmetr təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,6% azdır.

Ötən il mənzil tikintisinə 891 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub.