USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şuşada komendant rejiminin tətbiqinə başlanıldı

13.11.2020 İqtisadiyyat
0 0
Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.

"Kommersant.az"-ın məlumatına görə, xəbər verildiyi kimi Şuşa Rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Hazırda RPŞ-nin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.

  • Əvvəlki

    Hikmət Hacıyev Polad Bülbüloğlunu açıqlamasına görə tənqid etdi

Digər xəbərlər