USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Pit stop”un sökülməsinə aydınlıq gətirildi

16.11.2020 İqtisadiyyat
0 0
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 yarışmasının keçirilməsi üçün nəzərdə tutulan "Pit stop" binasının sökülməsi məsələsinə aydınlıq gətirib.

"Kommersant.az"a verilən məlumata görə, binanın sökülməsi ilə bağlı dövlət qurumları tərəfindən müvafiq tapşırıq verilib.

Qeyd edilib ki, "Pit stop" binasının sökülməsi növbəti il üçün Bakıda Formula 1 yarışının keçirilməsinə heç bir təsir göstərməyəcək.

İlkin təqvimə görə Azərbaycan Qran Prisinin gələn il iyunun 6-da keçirilməsi planlaşdırılır. Çox güman ki, "Pit stop" binasının yenidən tikilməsinə gələn ilin fevral ayında başlanılacaq.