USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək

23.11.2020 İqtisadiyyat
0 0
“Açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də cərimə ediləcək”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

"Açıq havada maska taxmaq mütləq vacibdir. Bu, Nazirlər Kabinetinin qərarında qeyd olunub. Günü-gündən xəstəxanalarda koronavirus xəstələrinin sayı artır. Hər kəs zəhmət çəkib, maskadan istifadə etsin. Artıq açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər 100 manat məbləğində cərimələnir", - E.Zahidov əlavə edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.Report

  • Əvvəlki

    Azərbaycanda koronavirusa yoluxan deputatların sayı artdı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0