Dövlətdən Belarus traktorlarını necə almaq olar? - ŞƏRTLƏR

23.11.2020 İqtisadiyyat
Yeni “Belarus” markalı traktorları sərfəli kredit şərtləri ilə əldə etmək mümkündür.

Bu barədə "Kommersant.az"-a Gəncə Avtomobil Zavodundan məlumat verilib.

Bildirilir ki, 42500 manat qiyməti olan "Belarus 892" markalı traktora dövlət 40 faizlik güzəşt tətbiq edir. Bunun üçün 10 570 manat ilkin ödəniş etmək lazımdır. Daha sonra isə 60 ay ərzində 284 manat aylıq ödəniş edilməlidir. Həm bir illik, həm də beş illik kreditlər faizsiz olur.

10 570 manatlıq ilkin ödənişə bunlar daxildir:

Lizinqin 20% ödənişi, Kasko sığorta, qiymətləndirmə, rəsmiləşdirmə xərcləri 1 faiz

Bundan başqa, 1 il ərzində servis xidmətləri, istehsalçı zəmanəti verilir