USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pandemiya Azərbaycan əhalisinin gəlirlərinə necə təsir edib? - ŞƏRH

07.12.2020 İqtisadiyyat
0 0
Koronavirus pandemiyasının Azərbaycanın iqtisadiyyatına təsirləri məlum olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev 3 istiqamət üzrə rəqəmləri təhli edib.

Ekspert hesab edir ki, cari ilin 10 ayının nəticələrində əhalinin real gəlirlərinin azalması əksini tapıb:

"Rəsmi statistika son 10 ildə, hətta iqtisadiyyatımızın dərin şok yaşadığı 2015-2016-cı illərdə əhalinin real gəlirlərinin azalmasını göstərməmişdi. 10 ayın nəticələrinə görə, əhalinin real gəlirlərində 4%-dən çox azalma görünür.

Başqa tərəfdən isə iqtisadi fəallığın, eləcə də əmtəə və xidmət idxalına tələbatın kəskin azalması nəticəsində hökumətin məzənnə sabitliyini təmin etmək üçün valyuta bazarına müdaxiləsinə ehtiyac olmadığı görünür.

Bir tərəfdə tədiyə balansında 1 milyard dollara yaxın defisiti var, digər tərəfdə isə ilin əvvəlindən hökumətin valyuta ehtiyatlarının əriməməsi faktı var. Ehtimal ki, bunun bir səbəbi də bazarın ehtiyaclarının biznesin və bankların valyuta yığımlarını bazara buraxması ilə bağlı ola bilər.

İlin əvvəlindən kommersiya banklarının xalis xarici aktivləri 1 milyard dollar azalıb. Paralel olaraq, banklarda qeyri-maliyyə təşkilatlarına məxsus valyuta depozitləri 1.4 milyard dollara yaxın azalıb. Doğrudur, həmin məbləğin təxminən 200 milyon dolları manatla depozitlərin artımına yönəldilib, amma xalis azalma 1.2 milyard dollar təşkil edib.

Umumiyyətlə, ilin əvvəlindən qeyri-maliyyə təşkilatlarının depozitləri 10%-dən çox, əhali depozitləri 8% ətrafında azalıb.

Depozitlərin azalması istənilən halda (səbəbindən asılı olmayaraq) neqativ prosesdir - bu ya iqtisadiyyatın subyektlərinin iqtisadi durumunun pisləşməsi, cari qazancların azalması səbəbindən yığımlara əl atdığını göstərir, ya da maliyyə sisteminə etibarla bağlı yığımlarını mümkün qədər nağd saxlamağa həvəsləndirməsi səbəbindən baş verir.

Bu baxımdan biznesin valyuta depozitlərinin hansı səbəbdən azaldığını da demək xeyli çətindir.

Depozitlərin azalması həmçinin bankların resurs bazasının daralması deməkdir”.

qaynarinfo

  • Əvvəlki

    Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB

Digər xəbərlər