USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın neçə Milli Qəhrəmanı var?

10.12.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyevin 9 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə üç nəfərə (Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra); Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra); Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ölkə başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı artaraq, 218 nəfərə çatıb.

Xatırladaq ki, "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı bundan öncə Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) verilmişdi.

Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 16 nəfəri sağdır.

  • Əvvəlki

    ATƏT-in Minsk Qrupunun Həmsədrləri də "SMS icazə" ilə hərəkət edəcəklər

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0